Rusiyada təcili yardım maşınının qəzaya düşüb...

Rusiyanın Penza şəhərində həyəcan siqnalı ilə hərəkətdə olan təcili tibbi yardım maşını işıqforun qırmızı işığında keçərkən “Lada Granta” markalı avtomobillə toqquşub.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, Rostovskaya ilə Ternovski küçələrinin kəsişməsində baş verən hadisə nəticəsində təcili yardım maşını aşıb və içərisindəki 1954 -cü il təvəllüdlü xəstə ölüb.
Daxili İşlər Nazirliyinin regional qərargahından verilən məlumata görə, təcili tibbi yardım maşınının sürücüsü 1985-ci il təvəllüdlü, “Lada Granta”nın sürücüsü isə 1982-ci il təvəllüdlüdür.
Hadisə ilə bağlı araşdırma başladılıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...