Bakıda yaşlı kişini avtomobil vurub

Bakının Nizami rayonunda qəza zamanı bir nəfər xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
1953-cü il təvəllüdlü Məmmədov Tərlan Eyyub oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...