Türkiyədən niyə "powerbank" sifariş etmək olmur?

Azərbaycanın karqo şirkətləri Türkiyədən alınan "powerbank" məhsullarını ölkəyə gətirə bilmir. Sifariş edilən mallar xaricdəki anbara çatdıqdan sonra müştəriyə məlumat verilərək, geri qaytarılır.

Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya bildirilib ki, buna Türkiyə tərəfi icazə vermir: "Komitənin bununla bağlı heç bir qadağası yoxdur. Sözügedən məhsulların gətirilməsinə Türkiyənin müvafiq qurumları icazə vermir.

"Powerbank"lar litium tərkibli olduğuna görə, Türkiyədə təhlükəli mallar qrupuna daxil edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...