Tyavanda 4 nəfərin daşqınlar nəticəsində ölüb

Tayvanda daşqınlar nəticəsində Beyşo çayı daşıb.

SİA-nın "Taipei Times" qəzetinə istinadən verdiyi məlumata görə, məktəblilərin təbiət gəzintisi zamanı 6 nəfər marşrutdan yayınıb və bəndin vasitəsi ilə daşan çayı keçmək istəyərkən suya düşüblər.

Bildirilir ki, hadisə nəticəsində onlardan ikisi uşaq olmaqla 4-ü həlak olub, 2 yeniyetmə itkin düşüb.

İtkin düşənlərin axtarışları davam etdirilir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə