Nigeriyada baş verən yol qəzasında 11 nəfər ölüb

Nigeriyada avtomobil qəzası nəticəsində 11 nəfər ölüb və daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
SİA bu barədə “Sinhua” Xəbər Agentliyinin verdiyi məlumata görə,istinad edir.
Qəza Nigeriyanın Kvara əyalətində baş verib. Yol polisinin məlumatına görə, ölümcül qəzaya səbəb avtomobillərdən birinin ötmə qaydalarını pozması olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
Nazlı

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...