Bakıda minik avtomobili yük maşınına çırpılıb

Bakıda minik avtomobili yük maşınına çırpılıb

Bakının Nizami rayonunda yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə aeroport şossesində yerüstü körpüdə qeydə alınıb.

Belə ki, “Toyota” markalı minik avtomobili yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb. Qəza nəticəsində körpüdə tıxac yaranıb. Minik avtomobili isə deformasiyaya uğrayıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə