Damın çökməsi 6 nəfəri həyatından edib

Əfqanıstanın Nəngərhar əyalətində yaşayış evinin damı çöküb.

Trend-in məlumatına görə, bu barədə yerli sakinlərə istinadən "Tolo News" telekanalı xəbər yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə