Bərdədəki yol qəzasında 5 nəfər yaralanıb

Bərdə rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Mirzəxan kəndi ərazisində “Vaz 21-011” markalı minik avtomobili ilə “Opel” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə