Peruda avtobus qəzası nəticəsində 8 nəfər ölüb

Perunun cənubunda avtobus qəzası nəticəsində 8 nəfər ölüb, 20-dən çox sərnişin yaralanıb.

SİA xəbər verir ki, bu barədə “RPP” radiosu məlumat yayıb.

Yerli Polisin açıqlamasına görə, hadisəyə səbəb avtobusun əyləcinin sıradan çıxması olub.

Bildirilib ki, yaralılar arasında 10 yaşdan kiçik 6 uşaq var.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə