“Orenburq arağı” Yekaterinburda “peyda olub”

“Orenburq arağı” Yekaterinburqa da çatıb. Beləliklə, bu dəfə Yekaterinburqda tərkibində metanol olan spirtdən qəbul edən 16 nəfər ölümcül zəhərlənib.

TASS -ın Sverdlovsk vilayətindəki “Xalq Nəzarəti” layihəsinin koordinatoru Dmitri Çukreevə istinadən verdiyi məlumata görə, şəhər bazarında qanunsuz olaraq şüşə doldurma sexləri fəaliyyət göstərir.

Verilən məlumatda “baş araqçəkən”in artıq həbs dildiyi bildirilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Orenburq vilayətində surroqat arağından işən 30 nəfərdən artıq şəxs zəhərlənərək ölüb.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə