270 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb - DİN

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 15-də Bakı şəhərində və respublikanın digər ərazilərində 83 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, monitorinqlər 71 şadlıq sarayında, 12 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 270 nəfər toy şənliklərinə buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə