Dağıstanda avtobus qəza törədib, ölənlər var

Dağıstanın Babayurt rayonunda minik avtomobili avtobusla toqquşub. SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, yol qəzasında dörd nəfər ölüb. Ölənlərin hamısı avtomobildə olanlardır.

Hadisəyə səbəb kimi avtobus sürücüsünün idaretməni itirdiyi deyilir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...