Şirvanda avtomobilin vurduğu sərxoş piyada ölüb

Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

SİA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında avtomobilin vurduğu Şirvan sakini, 1981-ci il təvəllüdlü Məmmədov Tahir Aslan oğlu aldığı xəsarətlərdən səhər saatlarında xəstəxanada keçinib.

***

Saat 22:01

Şirvan şəhərində avtomobil sərxoş piyadanı vurub.

SİA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alənıb.

"Opel" markalı 99-MZ-076 dövlət nömrə nişanlı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Məmmədov Tahir Aslan oğlunu vurub. Sonuncu ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə