Türkiyədə şagirdlərin olduğu iki avtobus qəzaya uğrayıb...

Türkiyədə iki sərnişin avtobusu qəzaya uğrayıb.

SİA “Anadolu”ya istinadən xəbər verir ki, Hacıbektaş rayonundan Nevşehir istiqamətində hərəkət edən avtobus Gümüşkənd yaxınlığında qəfildən qarşısına çıxan evakuatora çırpılıb.

Bu vaxt arxadan gələn digər avtobusun sürücüsü də qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və avtobus aşıb. Nəticədə 44 nəfər xəsarət alıb, onlardan 39-u məktəblilərdir.

Hadisə yerinə polis və xilasetmə qrupları, təcili tibbi yardım qrupları cəlb edilib. Bildirilir ki, hər iki avtobusda məktəblilər olub.

Qəzada xəsarət alanlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...