Norveçdə naməlum şəxsin hücumu nəticəsində azı 4 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti mənbələrə istinadən yazıb.
Eyni zamanda, yerli polis nümayəndəsi Eyvind Aas mətbuat konfransında ölənlərin dəqiq sayını açıqlamaqdan çəkinib. Onun sözlərinə görə, “yalnız yaralıların və ölənlərin olduğu məlumdur”. O qeyd edib ki, insident mağazaların çox, insanların sıx olduğu yerdə baş verib.
Polis nümayəndəsi hadisədə terror aktı versiyasının istisna edilmədiyini də vurğulayıb. Məlum olub ki, cinayətkar hadisəni törətdiyi şəhərin bir çox yerlərində olub.
Cinayətkar şəxs hadisə yerinin yaxınlığında saxlanılıb.
***
Saat 23:41
Norveçin Konqsberq şəhərində naməlum şəxs bir neçə nəfəri öldürüb.
SİA xəbər verir ki, bu barədə “VG” qəzeti polisə istinadən yazıb. Bildirilir ki, cinayətkar şəxs qurbanlarını ox və yayla vurub.
“Bu hadisələr nəticəsində bir neçə yaralı və bir neçə ölən var”, - deyə cənub-şərq polis dairəsinin rəhbəri Eyvind Aas bildirib.
Şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb. Onun haqqında hələlik başqa məlumat yoxdur. Cinayətkarın təkbaşına hərəkət etdiyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB