Anasının boğazını kəsən oğul… sonra da yatmağa gedib

Anasının boğazını kəsən oğul… sonra da yatmağa gedib

Omsk vilayətinin Kormilovka kəndində boğazı kəsilmiş 48 yaşlı qadının meyiti tapılıb. Rusiya İstintaq Komitəsinin bölgədəki istintaq orqanlarından verilən məlumata görə, cəsəd qadının fərdi evindəki yatağında aşkar edilib.

Hazırda faktla bağlı cinayət işi başlanılıb.

Sonradan aparılan araşdırmalara görə, qadın 30 yaşlı oğlu tərəfindən öldürülüb. Ehtimal ki, şəxsi düşmənçilik münasibətlərindən ağır spirt sərxoşluğu vəziyyətində anasını mətbəx bıçağı ilə ölümcül yaralayan oğul, sonradan heç nə olmamış kimi uzanıb yatıb.

Ertəsi gün xəstəxanaya gedərək anasını öldürdüyünü bildirib. Hazırda saxlanılan əyyaş oğul barədə məhkəmə psixiatrik ekspertiza təyin edib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə