Fransanın Hind okeanında yerləşən dəniz kənarı bölgəsi Reyunyonda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Nəticədə iki nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə “Clicanoo” nəşri yazıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 08:00-da baş verib.
“Bu səhər Silaos şəhərindən havaya qalxan yüngülmühərrikli təyyarə Maido yamacında qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində iki nəfər – “Félix” şirkətinə məxsus təyyarənin pilotu və bir turist həlak olub”, - deyə qəzet yazır.
Hava nəqliyyatı daşımaları jandarmı qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB