Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
SİA xəbər verir ki, avtoqəza metronun "Əhmədli" stansiyasının yaxınlığında qeydə alınıb.
1961-ci il təvəllüdlü Tağıyeva Aygün Firudin qızı yolu keçərkən onu minik avtomobili vurib. Piyada baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB