Füzuli rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd rels oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd relsi oğurlayan 3 nəfər saxlanılıb.
Polis əməkdaşları tərəfindən onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB