Bakıda istixanada oğurluq hadisəsi olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsi ərazisindəki istixanaların birindən 8 000 manat dəyərində bitki dərmanları və istilik sisteminin avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakinləri O.Ağayev və R.Bünyadzadə saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB