Gəncədə avtomobil köşkə çırpılıb, sürücü ölüb

Gəncədə avtomobil köşkə çırpılıb, sürücü ölüb

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq köşkə çırpılıb. Qəza zamanı sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə