Vəhşi qabanlar Şakiraya hücum edib

Vəhşi qabanlar Şakiraya hücum edib

Kolumbiyalı müğənni Şakira iki çöl donuzunun, vəhşi qabanın hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə Barselonada çıxan “Periodico” qəzeti məlumat dərc edib.

"İki çöl donuzu parkda kolumbiyalı müğənni Şakiraya hücum etdi. Müğənninin özündə hər şey qaydasındadır", deyə sözügedən qəzet yazır.

Hadisə çərşənbə günü baş verib. Şakira instaqram səhifəsində qabanların onun çantasını və telefonunu meşəyə apardığını, ancaq tapa bildiyini qeyd edib.

“Huffpost” nəşrinə görə isə, müğənninin başına gələn bu hadisə İspaniyanın Barselonadakı parklarından birində baş verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə