Elbrus dağında alpinist həlak olub

Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən çətin vəziyyətlə üzləş 19 nəfərdən ibarət alpinist qrupunun 1 üzvü həlak olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

5400 metr yüksəklikdə olan alpinistlər rabitə əlaqəsinə çıxaraq kömək istəyiblər.

Yüksəklikdə küləyin sürəti 40 m/s olub. Temperatur -20 dərəcəyə düşüb.

Dərhal xilasedici qrupu əraziyə cəlb edilib. Axtarış zamanı tapılan 4 nəfərdən birinin öldüyü bildirilib.

İlkin məlumata görə, qrup üzvlərindən bir nəfər ayağından zədə alıb.

P.S: İndicə verilən məlumata görə ölənlərin sayı üçə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...