Permli tələbə atəş açmasının səbəbini demir...

Permli tələbə atəş açmasının səbəbini demir...

“...Permdəki universitetə ​​hücum edən tələbə Timur Bekmansurov həbsdən sonra törətdiyi əməlin səbəbini hələ ki, açıqlamayıb”.

Bunu rus mediası polis leytenantı Konstantin Kalininə istinadən yayıb. Qeyd edək ki, Perm Universitetinə ​​hücum edən gənci zərərsizləşdirən və saxlayan məhz Konstantin Kalinin olub.

Kalininin sözlərinə görə, “...atışdan sonra o yıxıldı, yanına qaçdım və əllərini düzəltdim, sonra silahını götürdüm. Yaralı olsa da, patron kəmərini və bıçağı özü çıxarıb kənara atdı”.

“... Məndən üzünə geydiyi maskanı çıxarmağımı istədi. Hiss etdim ki, onun üçün nəfəs almaq çətinləşir. Adını soruşdum, özünü mənə təqdim etdi”.

Xatırladaq ki, sentyabrın 20-də 18 yaşlı tələbə Timur Bekmansurov Perm Dövlət Milli Araşdırma Universitetinin binalarından birinin ərazisinə daxil olaraq atəş açmağa başlayıb. Qeyd edək ki, tələbə hələ yolda olan zaman da insanlara atəş açmağa başlayıb. Atəşdən qorunmaöa çalışan tələbələr tədris binalarında barrikada quraraq pəncərələrdən tullanmağa başladılar. Rusiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, atışma nəticəsində 6 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Hücum edən şəxs həbs zamanı yaralandı, ağır vəziyyətdə tibb müəssisəsinə aparılıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə