Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Yaralı vəziyyətdə olan Ağayev Zəfər Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə