Bu gün səhər saat 05: 25-də Rusiyanın Tambov vilayətində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Sampur bölgəsində Moskvaya gedən P-22 magistral yolunun 500-cü kilometrliyində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...