Texasda hərbi təyyarə qəzaya uğrayıb

ABŞ -ın Texas ştatında hərbi təyyarə qəzaya uğrayaraq iki yaşayış binasına xeyli ziyan vurub. Qeyd edək ki, bu barədə Fort Worth şəhərinin yanğınsöndürmə və xilasetmə xidmətindən bildiriblər.

Rusiyanın “RİA Novosti” xəbər saytı bildirir ki, yanğınsöndürənlərin “Twitter”də yazdıqlarına görə, “iki və ya üç xəstəyə yardım göstərilir”.
Yanğınsöndürənlərin bildirdiyinə görə, hərbi təlim təyyarəsi Dallas yaxınlığında qəza törədib. Xəbərdə təyyarə heyətinin durumu bardə məlumat verilmir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...