Narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaracaəmirli kənd sakini Elçin Şəmmədova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Sahəyə baxış zamanı oradan 14 ədəd, ümumi çəkisi 19 kq 890 qram olan, çətənə kolu aşkar olunub. Bundan başqa E. Şəmmədovun yaşadığı fərdi yaşayəş evinə baxış keçirilən zaman yardımçı tikilidən 485 qram qurudulmuş marixuana aşkar olunub.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsədə digər xüsusatlar da istisna edilmir.

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə