İmişlidə qətl hadisəsi törədilib. SİA-nın verdiyi məlumata görə, hadisə Cahar kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə