81 yaşlı turist qadın dənizdə çimərkən ürəyi dayanıb

Rusiyadan olan 81 yaşlı turist qadın Kiprin Larnaka şəhəri yaxınlığındakı çimərlikdə dənizdə çimərkən qəflətən ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polisiin məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə Larnakanın şimal-şərqində yerləşən Oroklini kəndinin çimərliyində - “Gold Fish” restoranının

Dənizdə üzən digər insanlar huşunu itirmiş rus qadını xilasetmə qülləsindən təxminən 300 metr aralıda tapıblar.

Xilasedicilər onu sudan çıxarıb və quruda ilkin tibbi yardım göstəriblər. Lakin cəhdlər boşa çıxıb, qadın təcili yardım maşını ilə Larnakadakı xəstəxanaya aparılsa da, həkimlər onun öldüyünü təsdiq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə