Bakıda avtomobil yolu keçən qadını vurub

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Nağıyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə