Zərdabda 5 otaqlı evdə yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Məmmədqasımlı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin (dam örtüyü qamış və dəmir konstruksiyadan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə