Yanğın 5 nəfərin həyatına son qoyub

Yanğın 5 nəfərin həyatına son qoyub

...ABŞ-ın Ohayo ştatının Akron şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ştatın Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Yaralıların kimliyi məlum olmasa da, hamısının yaxın qohumlar olduğu bildirilir.

Məhkəmə-tibbi ekspertizanın məlumatına görə, ölənlərdən 3 nəfəri uşaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə