Dovmalovla Arzumanyan oğru olduqlarına görə saxlanılıblar

Dovmalovla Arzumanyan oğru olduqlarına görə saxlanılıblar

Stavropol diyarının Jeleznovodsk administrasiyası rəhbərinin keçmiş birinci müavini Ararat Dovmalov 60 milyon rubl dəyərində dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Deməli, oğurluğun Stavropol diyarındakı Kurortservis MMC-nin fəaliyyəti ilə əlaqədar olduğu müəyyən edilib.

Məsələ bundadır ki, aparılan tədqiqat Dovmalovun oğurluğu tək yox, öz həmmilləti və eyni zamanda təşkilatın qurucusu və direktoru olan Qaqik Arzumanyanla birgə birgə etdiklərini ortaya qoyub.

Qeyd edək ki, Qaqik Arzumanyan Jeleznovodsk kurort şəhəri məclisinin sədri, sonra kurort şəhər rəhbərliyinin birinci müavini vəzifəsini icra edərkən, “ara sakit, tülkü bəy” prinsipini əsas tutaraq, Ararat Dovmalovla əlbir olub dövl ətdən oğurluq ediblər.

SİA “RİA Novosti”yə istinad edərək hər iki erməninin tutulub damlandığını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə