Yol polisi avtomobili qadını vurub öldürüb

Yol polisi avtomobili qadını vurub öldürüb

Bakıda yol patrul xidməti avtomobili piyadanı vurub öldürüb.

Hadisə paytaxtın Nizami rayonu ərazisində Heydər Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil yolu keçən Bakı şəhərində yaşayan, 1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızını vurub. Avtomobildə olan polis əməkdaşı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırmağa cəhd etsə də, qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə