Qarpız nənə ilə nəvənin həyatına son qoyub?

Qarpız nənə ilə nəvənin həyatına son qoyub?

Moskvada “Magnit” supermarketindən alınan qarpızdan zəhərlənmə baş verib, Belə ki, bir gün əvvəl alınan qarpızı səhəri gün, yəni dünən kəsib yeyən 61 yaşlı qadın və onun 15 yaşlı nəvəsi zəhərlənib ölüblər. Onların 38 yaşlı qohumu isə hələ ki, xəstəxanadadır.

Rus saytlarının yazdığına görə, hazırda supermarketin girişi mühasirəyə alınıb. Bununla yanaşı, DİN kriminoloqları evin yaxınlığında da işləyirlər. Daha əvvəl Mosgazın işçilərinin də hadisə yerinə çağırıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə