Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın 8-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 p.m mebel və lambirindən ibarət tavan 5 m² sahədə yanıb. Yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB