Meksikada atışma zamanı 4 nəfər ölüb

Meksikanın Sonora ştatında cinayətkar qrupun üzvü olduğu ehtimal edilən 4 nəfər atışma zamanı ölüb u barədə “Alonso Herrera Trejo” saytında məlumat yayılıb.

Silahlı insidentdə polis əməkdaşları da iştirak edib.

“Sonoranın şimalında əməliyyat davam edir, qırmızı kod tətbiq edilib. Təhlükəsizlik qüvvələri yerli cinayətkar qruplaşmaya qarşı müqaviməti gücləndirib”, - deyə ştatın İctimai Təhlükəsizlik Nazirliyindən bildirilib.

İlkin məlumatlara görə, iki hüquq-mühafizə orqanı əməkdaşı hadisə zamanı güllə yarası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə