Badamdar qəsəbəsində kol-kos və quru ot yanır - FHN

Badamdar qəsəbəsində kol-kos və quru ot yanır - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə