Tovuzda zəncirvarı yol qəzası - VİDEO

Tovuzda zəncirvarı yol qəzası - VİDEO

Tovuzda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək öncə işıq dirəyinə, daha sonra yolun kənarında dayanan 3 avtomobilə çırpılıb. Qəza zamanı 1995-ci il təvəllüdlü Qismət İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Xoşbəxtlikdən yol kənarında dayanan hər üç maşında adam olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə