Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.
Onun dənizdə boğulduğu ehtimal edilir. DİN Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.
Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və 070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB