Daşkəsəndə güllələnmə hadisəsi baş verib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb.
Kənd sakini, 1949-cu il təvəllüdlü Zahid İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, 72 yaşlı kişi tanışı tərəfindən güllələnib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
İlham Məmmədov




USD
EUR
GBP
RUB