Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qocayev saxlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində gizlətdiyi 3 kiloqram 895 qram narkotik vasitə olan qurudulmuş marixuana da aşkar olunaraq götürülüb. Bundan başqa polis əməkdaşlarının keçirdikləri digər müxtəlif əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Tərlan Hüseynov, Mehdi Məmmədov, Pərvin Sadıqov və Vidadi İsgəndərov saxlanılıblar. Bundan başqa, Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Rasim Qasımov saxlanılıb. Polis İdarəsində üzərindən narkotik maddə olan qurudulmuş marixuana aşkar edilən həmin şəxs, narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 1 kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qeyd edək ki, ötən həftə ərzində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB