Şirvanda çörək sexində partlayış olub, ölən var

Şirvanda çörək sexində partlayış olub, ölən var

Şirvanda çörək sexində partlayış baş verib.

SİA xəbər verir ki, hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər - Şirvan sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə