Bakının Nərimanov rayonunda baş vermiş avtoqəzada bir nəfər həyatını itirib

Bakının Nərimanov rayonunda baş vermiş avtoqəzada bir nəfər həyatını itirib

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb, bir nəfər ölüb.

SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

"VAZ 2104" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobilə çırpılması nəticəsində "VAZ 2104"-də olan sürücü Talıbov Telman Balaxan oğlu ağır xəsarət alıb. Onun sərnişini isə hadisə yerində keçinib.

Baş vermiş qəza digər avtomobillərin toqquşmasına səbəb olub. Belə ki, qəzaya uğramış avtomobilləri görən motosiklet sürücüsü qəfil əyləcdən istifadə edərək aşıb. Eyni istiqamətdə gələn "Toyota", "BMW" və "Hyundai" ard-arda bir birinə çırpılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə