Bakının Nizami rayonunda mənzildən qadın meyiti tapılıb

Bakının Nizami rayonunda mənzildən qadın meyiti tapılıb

Bakı şəhərinin Nizami rayonunda mənzildə qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Danilova Marina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə