Qızılağac Milli Parkındakı yanğın söndürülüb

Qızılağac Milli Parkındakı yanğın söndürülüb

Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinədən məlumat verilib.

Yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə