Şəkidə dəhşətli yol qəzası - yaralılar var -VİDEO

Şəkidə dəhşətli yol qəzası - yaralılar var -VİDEO

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə səhər saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini Pərviz İsmayılovun idarə etdiyi avtomobillə Şamaxı rayon sakini Ramazan Əhmədovun sükanı arxasında olduğu digər minik avtomobili toqquşub. Qəza nəticəsində 23 yaşlı Ramazan Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə