Ağdaşda sex avtomobillərlə birlikdə yandı -VİDEO

Ağdaşda sex avtomobillərlə birlikdə yandı -VİDEO

Ağdaşda avtomobil təmiri sexində yanğın baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə fəaliyyət göstərən, rayon sakini Gülbəniz Məmmədliyə məxsus avtomobil təmiri sexi anidən alovlanıb. Hadisə zamanı ümumi sahəsi 532 kvadratmetr olan 17 təmir sexindən 4-ü, 140 kvadratmetr hissəsi yanıb. Bu zaman sexdə təmir üçün saxlanılan iki avtomobil də yanıb. Dərhal hadisə yerinə FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə