Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.
SİA xəbər verir ki, hadisə Moskva şəhərində yerləşən "Food City" bazarında qeydə alınıb.
Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.
Araşdırma zamanı məlum olub ki, 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Sabir Camal oğlu Həsənov qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən R.Quliyevin üç azyaşlı övladı var.




USD
EUR
GBP
RUB